Teatr plakatı və afişası sənəti qrafik dizayn sahəsinə aiddir. Lakin ənənəvi olaraq bu həm də tamaşanın istər səhnədə, istərsə də plakatda - bütün obrazlı həlli üçün məsuliyyət daşıyan quruluşçu rəssamın fəaliyyət dairəsinə daxildir. Tamaşanın plakatda əks olunmuş obrazı, onun qabarıq ifadəsi tamaşaçını aktyorların adlarından heç də az cəlb etmir.
Teatrın cəmiyyətdə və sizin həyatınızda rolu nədən ibarətdir?
Biz hər şəhərdə tamaşa salonu, işıqlı foyesi, geniş səhnəsi olan gözəl teatr binasının olmasına alışmışıq.
Lakin heç də həmişə belə olmayıb. Hələ iki yüz il əvvəl tamaşa salonu elektrik işığı ilə deyil, şamla işıqlandırılırdı. Ondan daha əvvəllər isə tamaşalar gündüz, açıq səma altında oynanılırdı. O zamanlar tamaşalar da, teatr binası da, rəssamın teatrda rolu və vəzifəsi də başqa idi.
Hər bir təsviri heç də sənət əsəri adlandırmaq olmaz. Onu əsərə çevirən fırça, yaxud fotoaparat deyil, rəssamın istedadıdır.
İncəsənət təkcə təsvir etmək bacarığı deyil, həm də gözəlliyi görmək, onu hiss etmək və ondan zövq almaq qabiliyyətidir.
Teatr sənəti ilə tanış olarkən sanki istənilən fəaliyyət dairəsində yaradıcı insan kimi yetişməyinizə kömək göstərəcək təcrübə və bilik əldə edirsiniz.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər, quaş