Jest - heykəltəraşlıqda və səhnədə ifadənin dili
Aktyor teatrda öz qəhrəmanının maskası arxasında gizlənir. O daha çox personajı təmsil edir, onun xarakter və davranışını təsvir edir. Oyun maskasının yaranmasında zahiri ifadə vasitələri - qrim və plastika, danışıq tərzi və geyimin xüsusiyyətləri böyük rol oynayır. Qəhrəmanın zahiri siması onun daxili aləminin və xarakterinin əksidir.
Qrimçi rəssam qrimi düşünüb-daşınır, uyğun parik və taxma saç axtarır, saç düzümü yaradır, bığ-saqqal yapışdırır. Rəssam qrim etməklə aktyora müəyyən qəhrəmanın obrazını verir.
Kompüterin köməyi ilə qrim nümunələri və zahirən dəyişilmək üçün olan digər vasitələr yaratmaq çox faydalı və maraqlıdır. Rəssam fotonu əsas götürərək aktyorla birlikdə personajın simasını müxtəlif variantlarda yarada bilər.
RƏSSAM—TAMAŞAÇI—PLAKAT. Teatr sənəti tamaşaçısız mövcud deyil. Bəs tamaşaçı tamaşa barədə məlumatı haradan alır? Bunun üçün öncə tamaşanın reklamı, onun yaradıcıları ilə müsahibələr hazırlanır və s. Yenə də burada rəssamın artıq afişa, proqram, buklet və s. yaradan dizayner kimi iştirakı tələb olunur.