RƏSSAM və TEATR SƏNƏTİ
Tabloda təsvir edilən hər bir şey - rəssamın əl işidir. Tamaşanın müəllifinin kimliyi, rəssamın rolunun nədən ibarət olduğu bizə həmişə aydındırmı?
Qara Qarayev. “Yeddi gözəl” baletindən fraqment. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının ifası
Mehriban Əfəndi. “Gecənin sirləri”. 2013
Hansı Azərbaycan rəssamları teatr üçün dekorasiya və geyim eskizləri hazırlayıblar?
Tanış olun
Müasir təsviri sənət çoxcəhətli və çoxformalıdır. Ənənəvi təsvir formaları - qrafika, rəngkarlıq, heykəltəraşlıq ilə yanaşı, texnikanın vasitəsilə yeni formalar meydana gəlir. Fotoqrafiya, kino, video və s. bunlara aiddir. Bu yeniliklərin meydana çıxması rəssamın təsviretmə və yaradıcılıq imkanlarını genişləndirir, çünki onlarda rəssam və rəssam baxışı, onun istedadı var. Axı rəssam təkcə rəsm çəkən deyil, həm də dünyanı real və özünəməxsus tərzdə görən şəxsdir.
RƏSSAM və SƏHNƏ. Teatr rəssamının işi rəngkarın və ya qrafik rəssamın işindən fərqlənir. Teatr rəssamı kətan və ya kağız səthi ilə işləmir. O, tamaşanın yarandığı səhnə məkanında çalışır. Bu, bədii yaradıcılığın xüsusi növü - teatr-dekor sənəti, yaxud səhnəqrafiya1 adlanır. Teatral vasitələrlə dünyanın real obrazlarının yaradılması teatr rəssamının əsas vəzifəsidir.
1Səhnəqrafiya (teatr-dekor sənəti) - tamaşa tərtibatı və onun təsviri-plastik obrazının yaradılmasının bədii fəaliyyət növü.