Sakit Məmmədovun yaradıcılığı haqqında sayt:
http://sakitmammedov.com/
İmpressionist rəssamların və Sakit Məmmədovun üslub tərzi arasında fərq nədədir?
Sakit Məmmədov - Azərbaycanda ilk dəfə əsasını qoyduğu opalizm məktəbinin yaradıcısıdır. Opalizm - əsərin təsvir üslubudur. Opal daşı - zərgərlik sənətində geniş istifadə edilən mineraldır. Sakit Məmmədovun əsərləri də hər bir opal daşının rəngarəngliyi və parıltısı kimi bir-birinə bənzəmir.
Rəssamın əsərlərindəki parlaq qırmızı, əlvan göy, mavi, sarı kimi dolğun rənglər onun tamaşaçısını valeh edir. Ən maraqlısı isə odur ki, bu rənglər sanki bir-biri ilə qarışır və eyni anda parlayır.
Sakit Məmmədov bir çox janrlarda eyni uğurla işləyən müasir rəssamlardandır. Rəssamın işlərinin əsas hissəsi onun şəxsi qalereyasında saxlanılır. Onun əsərləri Rusiya, Qərbi Avropa və ABŞ-da əksər muzey və şəxsi qalereyaları bəzəyir.
Təchizat: pastel təbaşırlər, akvarel
Müəyyən edin
Yaradıcı fəaliyyət
Sənətkar məsləhəti
Akvarel ilə portreti çəkmək üçün əvvəlcə sifətin eskizini qaralama etmək lazımdır. Sonra isə akvarel texnikasında verilmiş portreti mərhələlərdən istifadə edərək çəkə bilərsiniz.