SAKİT MƏMMƏDOV: KLASSİK və MÜASİR ÜSLUBUN SİNTEZİ
Rəssam əsərində bir neçə üslubu sintez edə bilərmi? Nümunələr gətirin.
İmpressionist rəssamlar, adətən, hansı mövzulara üstünlük verərdilər?
Tanış olun
Azərbaycan incəsənətinin dünyada təbliğində böyük xidmətləri olmuş istedadlı rəssamlarımızdan biri də Sakit Məmmədovdur.
O hələ məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirmişdi. Rəssam gənc yaşlarından öz dəstxəti və üslubunun yaranmasına can atırdı. Onun tələbəlik işləri dəfələrlə sərgilərdə nümayiş etdirilmiş, böyük uğurla qarşılanmışdı. Sakit Məmmədov rəngkarlıq əsərlərini onların bütün detal və incəliklərini - rəng, ton, forma, üslub və cərəyanları öyrənərək yaradırdı. Zaman keçdikcə o, şux kolorit və qüsursuz kompozisiyanın hakim olduğu öz dəstxətini dəqiqləşdirdi. O, ətraf mühiti tükənməz rəng zənginliyi ilə görən rəngkardır.
Onun istedadının formalaşmasına müxtəlif dövrlərin rəssamları təsir göstərmişdir. Sakit Məmmədov Şərqin dərin fəlsəfi düşüncəsini və təmtəraqlı şux boyalarını rəngkarlığa gətirdi. Rəssamın uğurunun səbəblərindən biri də onun yaradıcılığında müasir və klassik üslubun sintezini yarada bilməsidir.
Rəssamın hər bir əsəri həm də müəmma və xəfifliyi ilə fərqlənir. Sakit Məmmədovun istedadı məhz portretlərdə daha dolğun ifadə olunur.