Rəssamın təsvir etdiyi əsərlər çox incəliklə çəkilmiş ornamentlə - nöqtə mirvarilərlə, buruqlarla və ya digər qrafik elementlərlə xırdalanır və bütövləşir.
XX əsrin 70-ci illərindən başlayaraq Arif Hüseynovun əsərləri dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox möhtəşəm sərgi salonlarında tamaşaçıların diqqətinə çatdırılıb. Moskva, Praqa, Tokio, Ankara və İzmirdə sərgilənən əsərlərinə görə A.Hüseynov müxtəlif mükafatlara, diplomlara layiq görülüb.