Postimpressionistlərin yaradıcılığında fərqli xüsusiyyətlər hansılar idi?
Postimpressionizm cərəyanına hansı məşhur rəssamları aid edirlər?
Nəyə görə postimpressionist rəssamlar öz əsərlərində hər bir detalı reallıqdakı kimi deyil, ümumiləşdirərək verməyi üstün tuturdular?
Tanış olun
XX əsr təsviri sənətinin əsas səciyyəvi xüsusiyyətləri rəssam axtarışlarının çoxşaxəli və ziddiyyətli olması idi. Yeni forma və obraz axtarışları ilə seçilən fransız rəssamı Pol Sezann postimpressionizmin görkəmli nümayəndələrindən biridir. O, impressionistlərin sərgilərində iştirak etmiş, onların təsvir üslubundan çox şey öyrənmişdir. Lakin impressionistlərdən fərqli olaraq Sezann təsvirlərə ümumiləşdirici xarakter verməyə səy göstərirdi.
Pol Sezannın əsərlərində rəngin təravəti, formaların ümumiliyi
“Şaftalılar və armudlar”. 1880-ci illərin sonu.
A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi.
Moskva, Rusiya
Sezann mənzərələr, portretlər, müxtəlif həyat səhnələri çəkirdi. Lakin onun yaradıcılıq prinsipləri natürmortlarda daha dolğun əks olunmuşdur. Rəssam sabit kompozisiyadakı təmiz rəng1 ardıcıllığının köməyi ilə təbiətin əzəmətini və onun formalarının üzvi bütövlüyünü aydınlaşdırmağa çalışırdı.
1Təmiz rəng - rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları.