Heyvanlar aləmini dərindən müşahidəsi əsasında heykəltəraş həm də bacarıqlı animalist kimi çıxış edir.
“Bayquş". 1970-ci illər. Mərmər
“Pişik". 2010. Bürünc
F.Nəcəfovun son illərə aid əsərlərindən biri “Zamanın oyunları” adlanır. Bu, plastik rəmzlər, portret və müdrik sözlərdən ibarət geniş, əhatəli fəlsəfi proqramdır. Əsərdə qədim əsgərin cəng arabasında yerləşdirilmiş maska-dəbilqəsi göstərilmişdir. Burada konkret tarixi ünvan yoxdur. İnsanlar bütün dövrlərdə hakimiyyət və pul hərisi olmuş, bütün bunları müharibələr, başqalarının qanı və canı hesabına əldə etmişlər. Tarixdə bir çox böyük insanın adı qalıb və rəssam göz yuvaları boş olan bu dəbilqədə onların bəzilərini təcəssüm etdirmişdir - Ramzes, Makedoniyalı İsgəndər, Neron...
F.Nəcəfovun əsərlərindəki fəlsəfi baxışlar nədən irəli gəlir?
Kamil və fərdi usluba, bənzərsiz heykəllərə, özünəməxsus rəsmlərə malik olan Fazil Nəcəfovun yaradıcılığı dövlətimizin diqqət mərkəzindən kənarda qalmamış, yüksək səviyyədə qiymət verilmişdir.
Təchizat: plastilin və yaxud gil, karton
Müəyyən edin
Yaradıcı fəaliyyət