İnsan portretləri çəkərkən bəzən səbirsizcəsinə əsas diqqəti təsvir olunan insanın zahiri bənzərliyinə, xarakterinin açılmasına yönəldir.
Müxtəlif materiallarla - daş, mərmər, bürünc və qranitlə işləyən heykəltəraş daim onların təsir imkanlarının əhatəli ifadəsinə can atır. Materialın ölçüsü, fakturası və rəngindən asılı olaraq obrazlar öz xarakterini dəyişir.
Son illər Fazil Nəcəfov özünü bütünlüklə iri layihəyə - XX əsrin böyük bəstəkarı Qara Qarayevin abidəsi üzərində işə həsr etmişdi. Nəhəng qırmızı qranit parçası abidənin əsasını təşkil edir. Abidənin ön hissəsi tamaşaçıya tərəf şaquli şəkildə çevrilmiş royal qapağı formasındadır. Onun fonunda qorelyef - bəstəkarın “qanadlanmış” fiquru həkk olunub.
Bəstəkar Qara Qarayevin abidəsi.
2014. Mərmər, qranit.
Bakı. 28 May küçəsi