Tahir Salahovun Xəzərə marağı həyatı boyu səngimir və 2007-ci ildə çəkilmiş daha bir nəhəng əsəri - “Ənənələr və müasirlik: Odlar yurdu” adlı 6 metrlik triptixinə (bir fikir, mövzu və süjetdə birləşmiş üç rəsm əsəri) neft mövzusunun kulminasiyası kimi baxılır. Bu əsər Azərbaycanın salnaməsi, memarlığımızın qədim dövrlərdən bu günədək olan tarixidir.
Tahir Salahov dünya mədəniyyətinin tanınmış simasıdır. Təsviri sənətə ehtiramla yanaşılan bütün ölkələrdə onun bu sənətə verdiyi töhfə yüksək qiymətləndirilir. T.Salahovun istedadı günəş, söz və iradə qədər güclüdür. Onun qəhrəmanı zamandır. Onun zamanı keçmiş və gələcək deyil, onların arasında əlaqə yaradan andır, bu gündür. Ona görə də T.Salahovun rəsmləri müasirlik-gənclik enerjisi və yüksək sənətkarlıqla çəkilib.
Rəssamın əsərlərində bir maraqlı cəhət də var: onlar insana ümid və nikbinlik verir.
Təchizat: rəngli karandaşlar,flomasterlər,pastel təbaşirlər, akvarel və ya quaş
Müəyyən edin
Yaradıcı fəaliyyət