Neft mövzusunda əsərlərini yaratmazdan qabaq rəssam uzun müddət bu sadə neftçilərlə yaşamış, onlarla birlikdə “Neft daşları”na - buruq platformasına getmişdir. Əsərlərindəki obrazlar rəssamın tanış olduğu və dostlaşdığı neftçilərdir.
T.Salahovun “Abşeron qadınları” əsəri ana və bacıların dənizdə olan öz yaxınlarına görə keçirdiyi həyəcanı ifadə edir.
T.Salahovun neftçilərinin sərt görünüşləri əmək adamlarının taleyini, təbiətlərindəki sadəliyi, mətanəti, xeyirxahlığı ifadə edir. Rəssam üçün xırda bir detalın da böyük mənası var. Estakada, platforma və üzü küləyə gedən fəhlələrin təsvirində buna tez-tez rast gəlmək olar.
GÖRKƏMLİ SƏNƏTKARLAR
|
Tahir Teymur oğlu Salahov
Həyat xronologiyası
|
Yaşadığı illər |
29.11.1928 |
Doğulduğu yer |
Bakı, Azərbaycan |
Təhsili |
Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi (19451950), V.Muxina adına Leninqrad (indiki Sankt-Peterburq) Ali Rəssamlıq-Sənaye Məktəbi (1950-1951), V.l.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutu (1951-1957) |
Ad və mükafatları |
Azərbaycan SSR-in xalq rəssamı (1963), “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1971), SSRİ xalq rəssamı (1973), “İstiqlal” ordeni, “Heydər Əliyev” ordeni (2008), Sosialist Əməyi Qəhrəmanı, “Fəxri legion” ordeni (Fransa, 2015) |
Üslub və texnika |
rəngkarlıq, qrafika |
Əsərlərin mövzusu |
portret, natürmort, mənzərə, süjetli əsərlər |
Məşhur əsərləri |
“Neft daşlarında” (1955), “Çənlər” (1959), “Bəstəkar Qara Qarayevin portreti” (1960), “Bəşəriyyət naminə” (1961), “Böyük kanal. Venesiya” (1962), “Şirvanşahlar sarayı” (1966), “Rəsul Rzanın portreti” (1971), “Nardaran kəndi” (1974-1975), “Günəşli səhər” (1980), “Roma” (2000), “Qreko qəhvəxanası. Roma” (2002) və s. |
Rəssamı doğma torpaq və Xəzərlə bağlı olan hər şey maraqlandırır. Təsadüfi deyil ki, rəssamın yaradıcılıq emalatxanası kiçik Nardaran qəsəbəsində, natürmort və mənzərə rəsmlərini çəkdiyi dəniz sahilində yerləşir: onların hamısında Xəzərin enerjisi hiss olunur.