Kompozisiya T.Salahov tərəfindən əsası qoyulmuş “sərt”2 üslubda işlənmişdir.
T.Salahovun əsərləri təkcə sənət bilicilərinin deyil, sadə insanların da diqqətini cəlb edir. Həyatın real və səmimi təsvir olunması əsl həqiqətləri üzə çıxarır, incəsənət vasitələrinə maraq yaradır. T.Salahovun neftçiləri mifik - qüvvətli qəhrəmanlar, monolit qayalar kimi təsvir edilib.
“Növbədən qayıdanlar”. 1957
1.“Təmirçilər”. 1960
2. “Abşeron qadınları”. 1967
Tahir Salahovun “Təmirçilər”, “Q.Qarayevin portreti” və “Səhər eşelonu” kimi əsərləri hələ 1962-ci il Venesiya biennalesində3 böyük maraq doğurub. Onun ən məşhur əsərləri arasında “Xəzər üzərində” (1961), “Xəzərdə sübh çağı” (1986) və bu kimi sənət incilərini xüsusi qeyd etmək lazımdır.
“Xəzərdə səhər” (fraqment). 1986
2Sərt üslub - 1950-ci illərin sonu - 1960-cı illərin əvvəlində yaranmış rəngkarlıq üslubu.
3Biennale - hər iki ildən bir keçirilən bədii sərgi, festival və ya yaradıcılıq müsabiqəsi.