TAHİR SALAHOV: NEFT MÖVZUSU
Rəngkarlıq əsərinin məzmunu dedikdə nə başa düşülür?
Tanış olun
Mövzu üzrə rəsm əsərləri geniş məzmunlu olduğu üçün bu kateqoriyaya tarixi, hərb və məişət səhnələri, insan həyatında gündəlik baş verənlər və ən aktual hadisələr, insanlara və təbiətə ümumiləşdirilmiş fəlsəfi baxışlar təsvir olunmuş əsərlər aid edilir. Bəzən bütün bu hadisələr bir əsərdə də cəmləşir. Rəssamın mövzu üzrə əsərlərdə qarşısına qoyduğu məsələlər müxtəlif olur.
Təsviri sənətdə süjetli (tematik1) tablo - ümumi mövzu və ya təsvir obyektlərini birləşdirən bədii əsərlərin məcmusudur.
Rəsm əsərlərində verilmiş mövzular nədən bəhs edə bilər?
Müasir dövrümüzün məşhur Azərbaycan rəssamlarından biri, ən çox süjetli əsərlərin yaradıcısı Tahir Salahovdur.
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı şəhəri - neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft hasilatı ilə sıx bağlıdır. Bu mövzu hər zaman rəssamları cəlb edib. O, dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Rəssamın V.I.Surikov adına Moskva Dövlət incəsənət institutunda müdafiə etdiyi “Növbədən qayıdanlar” adlı diplom işi də bu mövzudadır. Sankt-Peterburq Rəssamlıq Akademiyasının kolleksiyasında saxlanılan sənət əsərində iş növbəsindən qayıdan və addımlayan gənc fəhlələr təsvir olunmuşdur.
1Tematik janr (rus. тема - mövzu) - süjetli əsərlərin müxtəlifliyidir. Buraya tarixi, məişət, batal, animalistik, mifoloji və digərləri daxildir.