Mircavadın yaradıcılığında bu, insanda ola biləcək bütün rəzil cəhətləri özündə birləşdirən personajdır.
M.Mircavadovun əsərlərindəki digər sabit obraz qadındır. O, xeyirxah və qəddar, zəhmətkeş və çox qəşəng, ağıllı ola bilir.
Onun yaratdığı əsərlər arasında bir sıra mənzərələr də var.
Rəssam üçün məhz rəng başlıca məna yükü daşıyır. Rəssam rəngkarlıqda sanki rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışır. Rəngkarlığın bu iki elementi Mircavad kompozisiyasının əsas təkrarolunmaz ifadə vasitəsidir.
Azərbaycanın hansı rəssamı üslub, qəhrəmanları və düşüncə tərzinə görə Mircavad Mircavadova yaxın idi?
Azərbaycan incəsənətinin tarixi üçün və xüsusilə müasir Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında Mircavad Mircavadovun xidmətlərini sona qədər dərk etmək çətindir. Azərbaycan rəssamlarının ötən əsrin “yetmişinci illər nəsli”nin çoxu “Mircavad təsiri” altında formalaşmışdır. Onların əksəriyyəti tədricən incəsənətdə öz yolunu və hər biri öz fərdi üslubunu tapmışdır. Bir çox rəssamların yaradıcılığında Mircavadın bu gün də dəstxətti hiss edilir.
Rəssamın sənəti yalnız 1987-ci ildə tanındı. Onun əsərləri dünyanın bir çox muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Bakının, Moskvanın, bir sıra Avropa paytaxtlarının, həmçinin Yaponiya şəhərlərinin ən nüfuzlu sərgi salonlarında bir çox sərgiləri təşkil olunmuşdur.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş
Müəyyən edin
Yaradıcı fəaliyyət