XX əsr rəssamlığının iki böyük nümayəndəsi - Pablo Pikasso və Salvador Dali Mircavad Mircavadovun sevimli rəssamları və onun üçün şübhə doğurmayan avtoritetlər idilər. “Ümid işığı” adlı əsərini o, Salvador Daliyə həsr etmişdir.
Ətraf mühiti təsvir edərkən rəssamın müxtəlif emosional və psixoloji çalarlarını div obrazında görmək mümkündür. Bu məfhum ənənəvi mifologiyada öz əlamətinə görə (divlər xeyirxah və qəddar, cəsur və qorxaq olurlar) birmənalı deyil.