MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG və FORMA
Rəngkarlıq əsərlərinin miqyası nəyə əsasən seçilir? Əsərlərdə rəng və forma bir-biri ilə necə əlaqəlidir?
Müasir rəssamların nail olmaq istədiyi yeniliklər nə ilə nəticələnir?
Tanış olun
Görkəmli fırça ustası Mircavad Mircavadov Azərbaycan rəssamlığında müasir istiqamətin və “Abşeron məktəbi”nin banisi kimi tanınır. Azərbaycan incəsənətinə improvizasiya və sərbəstlik gətirən rəssam tamamilə yeni üfüqlərin açılmasına səbəb oldu. Qiyamçı və eksperimentator, nonkonformist1 və novator olan M.Mircavadovun əsərləri Azərbaycan təsviri sənətinə böyük təsir göstərdi. M.Mircavadovun əsərlərini ya qeyd-şərtsiz qəbul, ya da rədd edirdilər. Lakin onun yaradıcılığı zaman baxımından bizdən uzaqlaşdıqca rəssamın müasir Azərbaycan incəsənəti tarixində tutduğu yerin unikallığı daha aydın görünməkdədir. Rəssam bu mövqeyi sovet dönəmində uzun illər davam edən sükut və biganəlikdən sonra qazanıb.
1Nonkonformizm (ing. nonconformism (non - yox (conformis - oxşar) - qeyri-oxşar) - hamı tərəfindən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qanunların inkar edilməsi. “Neqativizm” anlayışının sinonimi.