Memar M.Useynovun əsl yetkin yaradıcılıq dövrü müasir Azərbaycan memarlığının yaranmasında milli irsin yeri və rolunun dərk edilməsi ilə başladı. Memar yaratdığı bir çox tikililərdə Azərbaycan milli memarlıq elementlərindən başqa, həm də Şərq forma və motivlərini tətbiq etmişdir. Bu tikililər arasında Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunu, Bakı metrosunun “Nizami” stansiyasını və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini nümunə göstərmək olar.
Memarlıqda konstruktivizmin banisi — XX əsrin ən böyük fransız memarı, dünya şöhrətli Le Korbuzye sayılır. O, memarlıqda yenilik edərək binanın konstruktiv hissələrindən fasada gözəllik verən elementlər kimi istifadə etmişdir. Le Korbuzye yaradıcılığında konstruktivizmın beş prinsipindən istifadə edirdi: sütunlar üzərində dayanan tikili, fasadın sərbəst kompozisiyası, zolaqvarı pəncərələr, konstruksiya daxilində sərbəst planlaşdırma, düz terras-dam.
M.Useynov yaradıcılıq baxımından həqiqətən də tükənməz memar idi. Onun zəngin irsinə 200-dən artıq layihəsi daxildir və demək olar ki, hər biri gerçəkləşdirilib. Yaradıcı irsdə ən başlıcası - ənənələrə hörmət və ondan bədii təcəssümlü formalarda istifadədir.
Dünya memarlıq irsinin və ən yeni meyillərin bilicisi olan Mikayıl Useynovun dünyagörüşü öz xalqının milli mədəniyyətindən formalaşmışdı.
Onun yaradıcılığı müasir Azərbaycan memarlığında yeni bir dövr açmış və bu sənəti beynəlxalq miqyasda tanıtmışdır. Mikayıl Useynov milli Azərbaycan memarlığını bənzərsiz, nadir dəstxəti ilə önəmli dərəcədə zənginləşdirmişdir.
Təchizat: rəngli karandaşlar, flomasterlər, rəngli qələmlər, akvarel, rəngli kağız, karton
Müəyyən edin