Yeni tərzdə əsərlər yaratmaqla yanaşı, M.Useynov yaradıcılıq axtarışlarında sırf ənənəvi - Azərbaycan milli üslublarına da toxunurdu. Belə ki, 1924-cü ildə Mikayıl Useynov tərəfindən Şirvanşahlar sarayı kompleksinin ölçülərinin dəqiqləşdirilməsi mütəxəssislərin arasında sensasiya doğurmuşdu. Ənənəvi üslubda nümunəvi əsərlərindən biri XII əsr Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məzarı üzərində abidə müsabiqəsində qalib gələn (1926-cı il) layihəsidir. Onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Azərbaycanın digər şəhər və rayonlarında binalar tikilib.
GÖRKƏMLİ SƏNƏTKARLAR
|
Mikayıl Ələsgər oğlu Useynov
Həyat xronologiyası
|
Yaşadığı illər |
06(19).04.1905 - 07.10.1992 |
Doğulduğu yer |
Bakı, Azərbaycan |
Təhsili |
Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) (1922-1929) |
Ad və mükafatları |
Azərbaycanın əməkdar incəsənət xadimi (1940), “Lenin” ordeni (1946, 1958), memarlıq doktoru (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı, SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti (1992) və s. |
Üslub və texnika |
memarlıq; konstruktivizm |
Məşhur əsərləri |
Bayıl qəsəbəsində fabrik-mətbəx (1930, hazırda doğum evi), Tibb İnstitutu tələbələri üçün yataqxana (1934), Azərbaycanın Moskvadakı Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonu (1939), Azərbaycan Texniki Universiteti (memar S.Dadaşovla birlikdə), Bakı metrosunun “Nərimanov” stansiyası (1967), “Nizami” stansiyası (1976), “Elmlər Akademiyası” stansiyası (1985) və s.;
Bakı şəhərində Səməd Vurğunun heykəli (heykəltəraş F.Əbdürrəhmanovla birlikdə), Nizaminin heykəli (heykəltəraş F.Əbdürrəhmanov və memar S.Dadaşovla birlikdə) və s. |
M.Useynovun yaradıcılığının ilkin mərhələsi sovet memarlığında konstruktivizm dövrü ilə üst-üstə düşürdü. Bakı 1920-1930-cu illərdə Cənubi Qafqazın ən mühüm sənaye və intellektual mərkəzi idi. O zaman hələ çox gənc olan memar M.Useynov ümumi ruh yüksəkliyindən ilhamlanaraq memarlığın yeni dilini öyrənməyə cəhd göstərirdi.