Avanqardçı rəssamlar yaradıcılıqda öz üslublarını necə axtarırdılar?
Sürrealist üslubun hansı əsas xüsusiyyətləri var?
Tanış olun
Həyat və yaradıcılığı Barselona ilə ayrılmaz bağlı olan, sürrealizm janrında fəaliyyət göstərən XX əsrin ən parlaq ispan avanqardçılarından biri də Xuan Mirodur.
Miro öz yaradıcılığında bir kimyagər kimi dünyanı universal simvollara ayırır. O, ilkin rəsm və rənglərin vasitəsilə öz qeyri-adi estetikasını yaradır. Xuan Miro bütün ömrü boyu bu istiqamətin əsas prinsipinə - yaradıcılığın məntiq və idrakın təsirindən xilas edilməsi prinsipinə sadiq qalır. Bununla belə, Miro əsərlərinin müxtəlifliyi və həyatsevərliyi ilə digər sürrealistlərdən seçilirdi.
Xuan Mironun sürrealist əsərlərində rəng kontrastı
Miro Avropa avanqardının klassiki, modernizmin əsl təmsilçisi idi, lakin Pablo Pikasso kimi o da müəyyən bədii istiqamətlərin çərçivəsini aşmışdı. Məlumdur ki, modernizmin əksər nümayəndələrinin yaradıcılığı tək bir cərəyanla bitmir.