Rəssamın daha bir maraqlı əsəri - sürrealistik otaqdır. Buradakı çəhrayı rəngli divan amerikalı aktrisa Mey Uestin dodaqlarının formasında hazırlanıb. Saçları otağın girişini əhatə edən pərdə, gözləri - şəkil, burun isə üstündə saat qoyulmuş buxarı kimi yaradılmışdır.
“Mey Uestin üzü”. Sürrealistik otaq. 1934-1935.
İncəsənət İnstitutu. Çikaqo, ABŞ.
Bütün planetdə ən nəhəng sürrealizm eksponatlarından biri olan və ən çox ziyarətçı qəbul edən ispan muzeyi - Dali Teatr Muzeyidir. Kataloniyada (İspaniya), Fiqeras şəhərində yerləşən muzey rəssamın şəxsi layihəsi üzrə tikilmişdir. Onun əsərlərinin ən böyük və rəngarəng kolleksiyası dahi sürrealistin şəxsi kolleksiyası əsasında yaradılmış bu muzeydə sərgilənir.
Yaradıcılığı ilə dünyanın bir çox rəssamlarına təsir göstərmiş Salvador Dalini cəsarətlə XX əsr sürrealizminin bənzərsiz və dahi sənətkarı adlandırmaq olar.
Dali TeatrMuzeyi. İspaniya. 1974
Təchizat: rəngli karandaşlar, flomasterlər, quaş, rəngli kağız, parça, qəzet və jurnallardan kəsiklər
Müəyyən edin
Yaradıcı fəaliyyət