Maestronun reklama olan töhfəsi monpası ilə məhdudlaşmır, 1969-cu ildə o, “Avroviziya”da - Avropa mahnı müsabiqəsinin tərtibatında da aktiv iştirak etmişdi.
Rəssam təxəyyülü müxtəlif yaradıcılıq sahələrində necə əks oluna bilər?
Dalinin yaratdıqları sırasında avanqard moda pərəstişkarlarını heyrətə salacaq kolleksiyalar da az deyildir. Salvador Dalinin valehedici və qalmaqallı məşhur sürrealist geyim, aksesuar və zinət əşyaları nümunələri onun öz eskizləri əsasında yaradılırdı.
Salvador Dali sənaye əşyasını canlı təbiət obyektiylə birləşdirərək aldığı nəticə ilə insanları valeh edir və heyrətləndirirdi. Telefonla iri dəniz xərçənginin birləşməsindən alınan sürrealist obyekt ilk baxışda cəfəngiyat kimi görünsə də, öz dərin daxili mənası ilə insanı mat qoyur.
Salvador Dalinin rəngkarlıq əsərlərindən başqa, əl ilə ərsəyə gətirilən xeyli sürrealist əşyaları da vardır. Onların arasında ən parlaq və ən məşhuru - dodaq formasında olan divan 1974-cü ildə yaradılmış sürrealist mebel nümunəsidir.