Rəssam tamamilə yeni və müasir incəsənət üslubu formalaşdırmaq üçün çox qəribə forma və təsvir üsullarından istifadə edirdi. Onun əsərləri ikili obrazlardan, istehzalı səhnələrdən, optik illüziyadan, qeyri-adi mənzərə və dərin simvolizmdən istifadə ilə seçilir.
Salvador Dalinin yaradıcılığı haqqında saytlar:
http://www.dali-genius.ru/; http://www.mir-dali.ru/
Dalinin yaradıcılığı zamanı qabaqlayırdı. Onun dahiliyi hələ sağlığında qəbul edilmişdi. Ustadın toxunduğu hər bir şeydən - fotoşəkil, kinematoqraf, cizgi filmi, ədəbiyyat, reklam - şah əsər yaranırdı.
Böyük rəssamın yaradıcılığı müasir reklam texnologiyalarının inkişafına mühüm təsir göstərmişdi. Maestronun ən məşhur əsəri - “Çupa-çups” monpasılarının loqotipindəki çiçəkdir. O, 1969-cu ildən yalnız cüzi dəyişikliklərə məruz qalaraq bu günədək gəlib çatmışdır. Maestronun reklama olan töhfəsi monpası ilə məhdudlaşmır, 1969-cu ildə o, “Avroviziya”nın - Avropa mahnı müsabiqəsinin tərtibatında da aktiv iştirak etmişdi.