Avtoportretlərdə Salvador Dalinin şəxsi üslubunun axtarışları
Salvador Dali yaradıcılığında mövzu rəngarəngliyi
Yaddaşın daimiliyi . 1931. Vaxt axınının labüdlüyünü yaratmaqda Dali ərimiş pendir tikəsindən ilham alıb. Müasir İncəsənət Muzeyi. Nyu-York, ABŞ
“Qalateya sferalarla”. 1952. Əsər atom nəzəriyyəsinin öyrənildiyi mərhələdə çəkilib. Dali Teatr Muzeyi. Fiqeras, İspaniya
Sürrealizm üslubunda əsərlər həmişə öz qeyri-adi kompozisiyası ilə diqqəti cəlb edir və digər üslublardan fərqlənir. Rəssamlar daha bir cərəyan yaratmaq məqsədi güdmür, onlar insan şüurunda inqilabi çevriliş etmək, bütün yaradıcı fəaliyyət növlərinə və düşüncə tərzinə təsir göstərmək istəyirdilər. Uydurma xəyallar, formaların qəribə uyğunluğu və fərqli obrazlar - sürrealizm üslubunun ümumi xüsusiyyətləri sayılır.
Mükəmməl çertyoj çəkməyi bacaran Dali həm də kolorist idi. O, əvvəlki dövr sənətkarlarından ilham almışdı.