Sülh, əmin-amanlıq və harmoniya ideyalarının incəsənət vasitəsilə dünyamıza daxil olmasında heykəltəraş Naum Qabonun xidməti misilsizdir. O, dünya incəsənəti avanqardının liderlərindən biri kimi incəsənət tarixində əbədi olaraq qalacaq.
Təchizat: rəngli, yaxud ağ kağız, karton, plastilin və ya gil
Müəyyən edin
Yaradıcı fəaliyyət
Sənətkar məsləhəti
“Çiçək” stulu — eyni cür qatlanmış polad vərəqlərdən quraşdırılıb. Onlar bir-birinə tərəf əyilib və bir-birinə dayaqdır. Sanki vərəq hissələr əvvəl bükülür, sonra da çiçək kimi açılır. Bu konstruksiyada vərəqlər stulun ayaqları, oturacağı, söykənəcəyi və dirsəkliyi funksiyalarını yerinə yetirməklə möhkəm struktur yaradaraq bir-birinə dayaqlanır.
Bu stulu karton kağızdan da düzəltmək olar.