O, qapalı və “möhkəm” deyil, şəffaf və “yüngül” formalara, ətraf mühitlə aktiv qarşılıqlı təsirdə olan oyuq və boşluqlara üstünlük verirdi. Onun yoğun kəndirdən və məftildən düzəldilmiş yeni fəza konstruksiyalarında büküklər küncləri əvəz edir. Qabonun bütün heykəlləri həndəsi formaya malikdir. Hətta insan fiqurunun təsvirində burun, dodaq, ağızı təsvir edən daxili hörmələr və arakəsmələr görünür. Onlar eyni zamanda konstruksiyanın vacib elementləri hesab olunur.
Naum Qabonun heykəllərində fəza konstruksiyaları
“Konstruksiya: yaxalıqlı daş”. 1936-1937. Konstruktivizm. Daş, sellüloz, latun, süxur. 37x72x55 sm. Teyt Qalereyası. London, Böyük Britaniya
Qabo memarlığı sintetik olaraq tamamlayan, inkişaf etdirən xeyli kompozisiya, relyef və konstruksiya yaratmışdır: Beyenkorf (Rotterdam, 1956-1957) univermağı, Rokfeller mərkəzi (Nyu-York, 1956), incəsənət Muzeyi (Baltimor, 1950-1951), Milli Qalereya (Berlin, 1973).
“Məkanda xətti konstruksiya №4”.
1950. Konstruktivizm. Polad.
İncəsənət Muzeyi. Los-Anceles, ABŞ
“Rotterdamda kinetik heykəl”. 1955-1957.
Konstruktivizm. Polad naqillərdən tor.
2600x450x540 sm. Rotterdam, Hollandiya