“Kukla (portret)”. 1923. A.S.Puşkin ad. Dövlət Təsviri Sənət Muzeyinin kolleksiyasından. Moskva, Rusiya
Kli mürəkkəb texnikalarda işləyir və geniş material çeşidindən istifadə edirdi: pastel təbaşirlər, akvarel, yağlı boya, tempera, mürəkkəb ilə rəsm çəkir, həmçinin ofortlar (metal üzərində oyma üsulu ilə yerinə yetirilən qravürlər) işləyirdi. Çox zaman bir əsərdə xeyli müxtəlif materialdan istifadə edirdi. O, qravürlərə maraq göstərirdi və şüşə üzərində iynə ilə təsviretmənin orijinal texnikasını icad etmişdi.