Kli müxtəlif istiqamətlərdə (ekspressionizm, sürrealizm, abstraksionizm, kubizm) fəaliyyət göstərsə də, öz əsərlərini, demək olar, öz tərzində, bu və ya digər cərəyanın prinsiplərinə ciddi əməl etmədən çəkirdi.
Pol Klinin əsərlərində mücərrədlik və rəng
Kli çəkdiyi rəsmlərdə naturanı klassik rəssam kimi xırdalıqlarınadək oxşadırdı. O, məxsusi olaraq universitetdə anatomiya məşğələlərinə gedir və bədənin quruluşunu öyrənirdi. Onun üçün rəsm çəkməyi öyrənmək, sonra isə öz bədii üslubunu axtarmaq çox vacib idi.
Rəssamın pərəstişkarı yox idi - o öz yolu ilə addımlamağı sevirdi. Kli həm realist, həm də abstrakt əsərlər çəkirdi. Buna görə də o heç vaxt hər hansı bir bədii cərəyana tam aid edilmirdi.
Tunisə səyahət Kliyə güclü təəssürat bağışlayır. O bu ölkədə rəngdən başqa cür istifadə etməyi öyrənir. Ardıcıl düzülmüş kiçik rəngarəng evlərin işığı və kompozisiyası onu heyrətləndirir. 1914-cü ildən başlayaraq rəssam əsərlərində daha çox kvadratlar çəkməyə başlayır. Onun rəngkarlıq manerasında həmin andan etibarən dəyişiklik hiss olunur. Mücərrədlik və rəng rəssamı hər şeydən daha çox maraqlandırırdı.
Kli taxta və iplərdən kompozisiyalar yaradır, onların üzərində fırça ilə işləyirdi. Onun son işləri bir qədər uşaqsayağı görünür, amma rəssam nə çəkmək istədiyinə çox əmin idi. Pol Kli hətta oyuncaqlar da düzəldir. Həmin oyuncaqların arasında isə onun avtoportreti də var idi.