Murun II Dünya müharibəsi illərində London metrosunda yaratdığı şəkillər silsiləsi onun karyerasında dönüş nöqtəsi oldu. Alman-faşist bombardmanından yerin altında gizlənən şəhər sakinlərinin minlərlə eskizi Milli Qalereyada sərgilənərək ölkəni sarsıtdı və heykəltəraşa dünya şöhrəti gətirdi.
“Tilberi limanı.
Örtülü səngər”. 1941
Mur işarələr - rəmzlər heykəltəraşı idi. Heç vaxt obrazların portret oxşarlığına və ya psixoloji səciyyəsinə can atmazdı. O, yaradıcılığı boyunca fiqurlu incəsənət (buraya insan və ya heyvan fiqurları daxildir) və abstraksiya arasında sərbəst hərəkət edirdi.
Sənətkar monumental fiqurativ plastika ənənəsini davam etdirərək onu yeni yaratdığı forma və bədii metodlarla zənginləşdirmişdir.
Heykəltəraş hələ sağ olarkən onun şöhrəti Böyük Britaniyanın hüdudlarını xeyli aşmışdı: əsərləri dünyanın 60 muzeyində nümayiş etdirilir, bir çox Avropa və Amerika şəhərinin meydanlarını bəzəyirdi. 1958-ci ildə Parisdə YUNESKO-nun iqamətgahının qarşısında qoyulmuş məşhur “Uzanmış fiqur” ötən yüzilliyin mədəniyyətinin rəmzinə çevrilmişdi.
Təchizat: plastilin və ya gil
Müəyyən edin
Yaradıcı fəaliyyət