1984-cü ildə Berlinin 750 illiyi şərəfinə Henri Murun yaratdığı “Kəpənək” abidəsi 1987-ci ildə o zaman hələ konqres mərkəzi olan Berlin Dünya Xalqları Mədəniyyət Evinin qarşısında ucaldıldı. Onun ən məşhur əsərlərindən biri olan “Nüvə enerjisi” Çikaqo Universitetinin qarşısında qoyulub.
Henri Mur təbiətdə addımbaşı rast gəlinən daşları, süxurları, sümük və digər formaları həvəslə toplayardı və bu ehtiras onun bütün yaradıcılığında öz əksini tapmışdır.