2007-ci ildən Rusiyada rəssamın xatirəsinə ehtiram əlaməti kimi hər il təqdim edilən Kandinski mükafatı təsis olunub. Yaradıcılığı bu və ya digər tərzdə müasir incəsənətin inkişafına təsir göstərən rəssamlar bu mükafata iddiaçı ola bilərlər.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş, tuş
Müəyyən edin
Yaradıcı fəaliyyət
Sənətkar məsləhəti
Abstrakt sənətdə fırçadan əlavə, barmaqlar və süngər də rəsmə maraqlı effekt verir. Abstraksionistlər arasında əllə çəkmək ona görə məqbul hesab olunurdu ki, rəssam fırça ilə yox, qəlbi ilə işləyir. Bu üslubda işləyərkən karandaşla ilkin qaralamalar etmək məqbul sayılmır.
Mücərrəd rəsmi necə çəkməli
İncəsənətdə abstraksionizm forma və əşyaların dəqiq deyil, təqribi təsviri ilə xarakterizə olunur. Abstrakt rəsm vasitəsilə siz məhz özünüzün görə bildiyinizi, ya da, sadəcə, əhvali-ruhiyyənizi nümayiş etdirə bilərsiniz.
Abstrakt rəngkarlıq çoxları üçün sadə görünür, lakin o, klassik rəngkarlıqdan daha çətin ola bilər. Bu, abstrakt sənətin qayda və normalarına riayət etməməkdən irəli gəlir.