Verilmiş abstrakt əsərlərin adları yuxarıda haqqında danışılan üç qrupa uyğun gəlirmi? Öz cavabınızı əsaslandırın.
“Kazaklar” əsəri detallarda
1910. Dövlət Tretyakov Qalereyası. Moskva, Rusiya
Vasili Kandinskinin “Kazaklar” tablosu rəssamın ən maraqlı əsərlərindən sayılır. Təpələrin görüntüsü, üfüq xətti, at çapan kazakların siluetləri tablonun ümumi dinamikası, ayrı-ayrı forma, xətt və rəng parçaları ilə vəhdət təşkil edir.
Kandinski rəngin məxsusi simvolizmini həmişə incəliklə duyurdu. Onun bütün əsərlərində rənglər xüsusi rəmzi məna (ağ rəng - dirçəliş, yeni başlanğıc; qara - ölüm, həyatın sönməsi; qırmızı - cəsurluq və özünü qurban vermək) daşıyır. Onun əsərlərində sadəcə rənglər deyil, xətlər də xüsusi rəmzlərə çevrilir.
1. Atəş açan silahlar və ya maneələr. Sol tərəfdəki paralel xətlər qırmızı tüstüyə bürünmüş atəş saçan silahlar da, maneələr də ola bilər.
2. Döyüşən süvarilər. Ağ atların belində döyüşən kazakları qırmızı papaqlarından, sarı əlcəklərindən və uzun, iti qılınclarından tanımaq mümkündür.