Pikasso gələcək kubizmin təməlini araşdırır. Formalar artıq bölünür - səthə yayılır. Pikasso qismən Sezannın, qismən də Luvrda öyrəndiyi qədim Afrika və İberiya incəsənətinin təsiri altında çalışır.
“Rəssam”. 1967 (86 yaşında).
Şəxsi kolleksiya
GÖRKƏMLİ SƏNƏTKARLAR
Pablo Pikasso
(Pablo Picasso)
Həyat xronologiyası
Yaşadığı illər
25.10.1881 - 08.04.1973
Doğulduğu yer
Malaqa, İspaniya
Təhsili
San-Fernando Zərif Sənətlər Kral Akademiyası
Ad və mükafatları
Beynəlxalq Sülh mükafatı (1950); Beynəlxalq Lenin mükafatı (1962)
Üslub və texnika
postimpressionizm, kubizm, sürrealizm; rəngkar, heykəltəraş, qrafik, teatr rəssamı, keramikaçı və dizayner
Əsərlərin mövzusu
portret, natürmort, süjetli əsərlər, mənzərə
Məşhur əsərləri
“Qatır” (1898), “Qəlyan tutmuş oğlan” (1905), “Hörmə stul ilə natürmort” (1912), “Üç musiqiçi” (1921), “Çimərlikdə qaçan iki qadın” (1922), “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” (1932), “Dora Maarın portreti” (1937), “Bağda əyləşmiş qadın” (1938), “Aralıq dənizi mənzərəsi” (1952) və s.
Müdrik fikirləri
Uşaq vaxtı mən Rafael kimi çəkirdim, lakin uşaqlar kimi çəkməyi öyrənmək üçün mənə bir ömür gərək oldu.