KLASSİSİZM DÖVRÜ (1917-1925)
Klassisizm Pikassonun həyat və yaradıcılığında çox parlaq və zəngin dövrdür. O, on il ərzində altı rus balet quruluşunun bədii tərtibatında iştirak edib. Əhatəsindəki mühit - klassik balet, həm də Roma və bütünlükdə antik memarlıq klassikasının təsiri onun əsərlərinin üslubunu müəyyənləşdirmişdir. Pikasso klassikanın dərhal tanınan, lakin özünəməxsus və bənzərsiz variantını yaratmışdır.
“Olqanın kresloda portreti”. 1917 (36 yaşında). Pikasso Muzeyi. Paris, Fransa
SÜRREALİZM3 DÖVRÜ (1925-1937)
Həmin illərdə sürrealizm cərəyanı Pikassoya təsir göstərməyə başlayır. O, qadınların təsvir olunduğu bir neçə tablo çəkir və oradakı formaları yaradarkən kubizmin həndəsi tərzi ilə həyati elementləri birləşdirir. Bu dövrün yaradıcılığı haqqında o, deyirdi: “Mən əşyaları gördüyüm kimi deyil, düşündüyüm kimi təsvir edirəm”.
Bu illərdə o, həm də Afrika heykəltəraşlığından aldığı təəssüratlarını kubizm və sürrealizm üsulları ilə uyğunlaşdıraraq heykəltəraşlıqla aktiv məşğul olmağa davam edir.
“Mariya Tereza Valterin portreti”. 1932 (51 yaşında). Pikasso Muzeyi. Paris, Fransa
30-cu İLLƏRİN SONU və MÜHARİBƏ
DÖVRÜ (1937-1945)
O, 1930-cu illərin sonunda, II Dünya müharibəsi ərəfəsində, eləcə də onun vətəni İspaniyanı bürümüş müharibə zamanı xeyli ağlayan qadın portreti çəkir.
“Ağlayan qadın”. 1937 (56 yaşında).
Teyt qalereyası. London, Böyük Britaniya
3Sürrealizm (fr. surrealisme - realizmdən üstün) - XX əsrin birinci yarısında dünya incəsənətindəki bədii istiqamət. Sürrealizm qəribəliyi, ağla ziddiliyi, ümumi qəbul olunmuş standartlara uğunsuzluğu ilə xarakterizə edilir. Hərəkatın özü müxtəlif olsa da, ümumi məqsəd - şüuraltı yaradıcı qüvvənin azadlığı və ağıl üzərində üstünlüyündən ibarət idi.