AFRİKA DÖVRÜ (1907-1909)
Bu dövrdə Pikasso özü üçün arxaik (köhnə) Afrika incəsənətini kəşf edir və onu öz yaradıcılıq üslubuna uyğunlaşdırmaq zərurətini yaradır. O, təsvir etdiyi əşyaların formasını sadələşdirməyə, onları monumental və ifadəli etməyə başlayır. Bu qısa dövrü bəzən “sezann-sayağı” adlandırırlar, çünki həmin vaxtlar Pikasso təsvirdə Sezann metodunu - formaları şar, silindr, konus formasınadək sadələşdirməyi sınayır. Afrika dövrü kubizmin “ixtirasına” gətirib çıxardı. “Avinyon qızları” Pikassonun kubizm üslubunda yaradılmış ilk əsəri sayılır.
ANALİTİK KUBİZM (1909-1912)
Rəssamlar dünyanın necə göründüyünü deyil, necə qurulduğunu öyrənmək və analiz - “təhlil etmək” ("analitik kubizm” buradan götürülmüşdür) istəyirdilər. Analitik kubizm dövrü rəngkarlığının fərqli xüsusiyyətlərindən biri - monoxromluqdur1. İkincisi, hər bir detalın dəqiq ifadəsindən imtina etməkdir. Digər fərqləndirici xüsusiyyət - kubizmdə perspektiv və onun qanunları yoxa çıxır. Nəyin təsvir edildiyini yalnız tək-tək detalların əlamətinə əsasən anlamaq olar. Pikasso onları “atribut” adlandırırdı.
“Ambruaz Vollann portreti”. 1910 (29 yaşında). AS.Puşkin adma Dövlət Təsviri Sənət Muzeyi. Moskva, Rusiya
SİNTETİK KUBİZM (1912-1917)
Kübizmin bu dövrü təsadüfən sintetik adlandırılmayıb. Pikasso öz dekorativ kollajlarını2 yaradaraq onları sanki “sintez edir”. Kompozisiyalar rəngli olur və dekorativləşir. Həmin dövrdə onun tablolarında şriftlər və tək-tək hərflər görünür.
“Masada meyvələrlə natürmort” (fraqment). 1915 (34 yaşında). Kolumbus İncəsənət Muzeyi. ABŞ
1Monoxrom (yun. - birrəngli) - bir rənglə işlənilmiş; bir rəng daşıyan.
2Kollaj (fr. collage) - təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya görə fərqlənən hər hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar.