Ənənəvi olaraq Pikassonun yaradıcılığını 11 dövrə ayırmaq olar:
ERKƏN İLLƏR (1889-1901)
Balaca Pablo artıq üç yaşından rəsm çəkməyə həvəs göstərməyə başlayır. “Sarı pikador” Pikassonun öküz döyüşünün təəssüratı altında yağlı boya ilə çəkdiyi ilk rəsmlərindən biri hesab edilir.
“Sarı pikador”. 1889 (8 yaşında). Rəssamın oğlu Klod Pikassonun şəxsi kolleksiyası
ÇƏHRAYI DÖVR (1905-1906)
Çəhrayı dövrü çox zaman həm də sirk dövrü adlandırırlar. Pikassonun yeni rəngkarlığının sevimli motivlərindən biri sirk mövzusudur. O, sonsuz sayda arlekin-təlxək və akrobatların şəkillərini çəkmişdir.
“Şar üzərində qızcığaz”. 1905 (24 yaşında). A.S. Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi. Moskva, Rusiya