Tematik janr |
- (rus. тема - mövzu) - süjetli əsərlərin müxtəlifliyidir. Buraya tarixi, məişət, batal, animalistik, mifoloji və digərləri daxildir. |
Sərt üslub |
- 1950-ci illərin sonu - 1960-cı illərin əvvəlində yaranmış rəngkarlıq üslubu |
Biennale |
- hər iki ildən bir keçirilən bədii sərgi, festival və ya yaradıcılıq müsabiqəsi |
Dəzgah qrafikası |
- təsviri sənətin qrafika növünün inkişaf sahəsi, molbert üzərində yaradılan qrafik əsərlərdir. Onların yaradılmasında tuş, qara quaş, karandaş və kömürdən istifadə edilir. |
Səhnəqrafiya |
- (teatr-dekor sənəti) - tamaşa tərtibatı və onun təsviri-plastik obrazının yaradılmasının bədii fəaliyyət növü. |
Fotoqrafiya |
- (yun. phos - işıq + grapho - yazıram) - təsviri sənətin yeni növüdür. Burada işıq, rəng, format, kompozisiya, plan, çəkiliş rakursu - təsviri ifadə vasitəsidir. |
Obskura kа́merası |
- (lat. camem obscüra - qaranlıq otaq) - obyektlərin optik təsvirini almağa imkan verən qurğunun (qutu) ən sadə növü. İşıq şüaları dəliyin içindən keçərkən ekranda çevrilmiş təsvir yaradır. |
Qrafik redaktor |
- istifadəçiyə kompüterin ekranında təsvir yaratmaq və onu redaktə etmək üçün proqram. Təsvirləri JPEG, PNG, GIF və bu kimi müxtəlif formatlarda saxlamaq olar. |
Kinematoqraf |
- (yun. hərəkət, təsvir etmək) - insanın hərəkət edən təsvirlərin yaradılmasından ibarət fəaliyyət sahəsi. Bəzən həm də sinematoqraf və kinematoqrafiya da adlandırılır. |
Animasiya |
- (fr. animation - canlandırma, diriltmə) - cizgi filminin Qərbdəki adı; kino sənəti növü və onun əsəri (cizgi filmi), həmçinin cansız, hərəkətsiz obyektlərin köməyi ilə hərəkət illüziyası yaratmaq imkanı verən müvafiq texnologiya. Animasiya və ya cizgi filminin yaradılması ilə məşğul olan rəssama animator deyilir. |
Pantomim |
- sözlərdən istifadə etmədən bədii obrazın yaradılmasında insan bədəninin hərəkətləri (plastikası) əsas vasitə sayılan səhnə incəsənəti. |
Anime |
- (yap. anime) - yapon cizgi filmi və ya animasiyası. Anime bütün yaş dövrləri üçün hazırlanır. |
Komiks |
- (ing. comic - gülməli) - vahid hekayəni təşkil edən qısa mətnli şəkil silsiləsidir. Yumoristik, macəra, fantastik, tarixi və digər komikslər olur. |
Qraffiti |
- (tək halda - graffito; ital. - graffito, cəm halda - graffiti) - XX əsrin son rübündə avanqardizm cərəyanı, divarda və digər səthlərdə boya və yaxud mürəkkəblə cızılmış, yazılmış və ya çəkilmiş təsvirlər, rəsmlər, ya da yazılar. Adicə sözlərin yazılışından ta zərif rəsmlərədək küçə divarlarının boyanmasının istənilən növünü qraffitiyə aid etmək olar. Bir incəsənət növü kimi qraffitinin də öz üslubu və cərəyanları var. |
Karikatura |
- (ital. caricatura - yükləmək, şişirtmək) - bilərəkdən komik effektin yaradıldığı, adamları ifşa etmək, yaxud onlara gülmək məqsədilə vücudun, simanın, geyimin, davranış tərzinin xarakterik cəhətlərinin şişirdildiyi və qabardıldığı təsvirləri (çox zaman qrafikada, satirik formada) birləşdirən xüsusi təsviri sənət janrıdır. |
Şarj |
- (fr. charger - şişirtmək, artırmaq) - karikaturanın bir növü, insanın xarakterik cizgilərinin dəyişdirildiyi və yaxud vurğulandığı yumoristik və satirik təsviridir. Şarjın əsasında portret durur və o, inkişaf edən süjet tələb etmir. Termindən bütün incəsənət növlərində istifadə edilsə də, təsviri sənət sahəsində maksimal istifadə olunur. |