TELEVİZİYA: RƏSSAM və EKRAN
Hansı kütləvi informasiya vasitələrini tanıyırsınız?
Tanış olun
Televiziyanın sayəsində kinoteatr ekranlarındakı təsvir hər bir evə yayıldı. İnsanlar televizorda təkcə filmləri deyil, həm də birbaşa teleseyrçilərin gözləri qarşısında baş verən, onları hadisələrin real iştirakçısına və şahidinə çevirən konsertlərin, futbol oyunlarının canlı yayımını gördülər.
Bu gün həyatı televizorsuz təsəvvür etmək çətindir. Əgər kinematoqrafın yaranması bütün incəsənət sahələrinə təsir göstərmişdisə, televiziya adamların həyatının bütün sahələrini dəyişdi. O, adamların psixologiyasını, dünyanın qavranılmasını və müasir cəmiyyətin mədəniyyətini başqalaşdırdı. Televiziya bizi dünyanın istənilən yerində real zamanda baş verənlərin şahidinə çevirdi.
İstənilən rəsm və ya fotoşəkil, əlbəttə, təsvirini həkk etdiyi hansısa informasiyanı daşıyır.