Karikatura - informasiyanın çatdırılma formasıdır, digər ifadə vasitələri ilə müqayisədə o daha tez qavranılır və anlaşıqlıdır. Karikaturalara əsasən cəmiyyətin vəziyyətini, onun problemləri və nöqsanlarını öyrənmək olar. Satirik janr ictimai rəyin formalaşmasına təsir göstərir, müəyyən dünyagörüşünə malik mövqe tutmaqda oxucuya kömək edir.
Karikaturaçı baş verən bütün dəyişiklikləri izləməlidir. Satirik rəsm ləngimiş şərhin deyil, hadisələrin bir hissəsi olmalıdır. Karikaturada aydınlıq amili, sadəlik və insana çatdırılma ifadəsi çox vacibdir.
Karikatura təkcə güldürməyi bacarmır, həmçinin publisist işini yerinə yetirir, yəni tənqid, ifşa, təşviq edir.
Gündəlik həyatınızda komlks yaradılacaq və ya karikatura çəkiləcək hadisələrə rast gdlmisinizmi?
Daha kəskin karikaturaları bəzən şarj4 adlandırırlar.
Bəzən ilk baxışdan elə görünür ki, şarj - sadəcə adi şəkildir, əslində isə böyük məharət və zəngin təcrübə tələb edir. Şarj - rəssamın gördüklərinin vizual müşahidəsidir. Şarjı elə çəkmək lazımdır ki, onda təsvir edilən şəxsə qarşı təhqirə çevrilməsin. Şarj qəhrəmana istehza etməkdən daha çox, onu xoş təbəssümlə işıqlandırır, məşhur insanı sadə adamlara yaxınlaşdırır.
Şarjın yaradılmasında mühüm məqam kompozisiya sayılır. Şarj çəkən təcrübəli rəssam şəkildə yalnız qabarıq məqamı əks etdirmir, o həm də insanın ümumi psixoloji ovqatını, onun daxili aləmini kağızda ifadə etməlidir.
4Şarj (fr. charger - şişirtmək, artırmaq) - karikaturanın bir növü, insanın xarakterik cizgilərinin dəyişdirildiyi və vurğulandığı yumoristik və satirik təsviridir. Şarjın əsasında portret durur və o, inkişaf edən süjet tələb etmir. Termindən bütün incəsənət növlərində istifadə edilsə də, təsviri sənət sahəsində maksimal istifadə olunur.