Bu jurnal mövcud olduğu 25 il ərzində cəmiyyətin eybəcərliklərini, qüsurlarını heç kimdən çəkinmədən, heç nədən qorxmadan açıb göstərib, müsəlmanları, bir növ, cahillik yuxusundan oyatmağa çalışıb.
İlk karikaturaçı rəssamımız isə Azərbaycan satirik qrafikasının təməlini qoymuş, jurnalın baş rəssamı Əzim Əzimzadə olmuşdur.
Karikaturaçı rəssamlar S.Şərifzadə, S.Salamzadə, M.Vlasov və başqalarının xidmətləri danılmazdır.
Əzim Əzimzadə.
“Xoruz döyüşü”. 1915
Azərbaycanda karikatura janrının inkişafında yeni ənənələrin yaranmasına 1952-ci ildən “Kirpi” satirik jurnalının nəşrə başlaması da təkan verib. N.İsmayılov, H.Əliyev, Z.Kərimbəyli, P.Şandin, Ə.Zeynalov, A.Ələsgərov, A.Quliyev kimi rəssamlar bu jurnalın səhifələrində cəmiyyətdəki nöqsan və problemləri, əsasən, karikaturalar vasitəsilə əks etdiriblər.
Karikatura janrına marağın artması bu sahəyə peşəkar rəngkarların axını ilə müşayiət olunub. 1950-1960-cı illərdə Azərbaycanın görkəmli rəssamları - M.Abdullayev, T.Salahov, O.Sadıqzadə, K.Kazımzadə, A.Hacıyev, G.Mustafayeva və başqaları bu sahədə layiqli əsərlər yaradıblar.
1960-1970-ci illərdə R.Qədimov, A.Ələsgərov, E.Abdullayev, F.Əliyev, M.İsmayılov, E.Avalov, M.Məmmədov və başqa rəssamların bu sahədə peşəkar işləri son nəticədə Azərbaycan karikatura sənətini zənginləşdirməyə xidmət edib.