Komisklərdə çəkilmiş personajlar öz aralarında söhbət edir, bu söhbət onların ağızlarından çıxan buludun içində mətn kimi təsvir edilir. Oxunan mətn təsvirlə harmoniya yaratmalıdır. Əsl komiks yaratmaq üçün təkcə maraqlı əhvalat yox, həm də maraqlı qrafika üslubu lazımdır.
Bunun ardınca da komikslərin gur inkişafı başlayır, bu gün də yaşayan yeni qəhrəmanlar meydana çıxır: Supermen, Betmen, Hörümçək adam, Donald Dak, Mikki Maus və b.
XXI əsrin əvvəlində komikslər yeni təcəssümünü tapdı. Bu, komikslərin rənglənməsində istifadə edilən yeni kompüter texnologiyaları hesabına, həmçinin bir sıra istedadlı rəssamların bu janra marağı sayəsində mümkün oldu. Komiksləri artıq təkcə karandaşla deyil, həm də yağlı boya ilə boyamağa, üstəlik, birinci ilə ikincini qrafik rəqəmsal texnologiyalarla kombinə etməyə başladılar. Komikslər kino, xüsusən də animasiya ilə sıx bağlıdır. Komikslərin əksəriyyəti Hollivudda ekranlaşdırıldı, filmlər isə bütün dünyada uğur qazana bildi.
Brüsselin görkəmli yerlərindən biri, artıq 25 il boyunca davam edən qeyri-adi küçə layihəsidir. 1991-ci ildə küçə rəssamları Brüssel küçələrindəki evlərin və binaların görkəmini dəyişmək, onları daha da əlvan, yaddaqalan etmək üçün bu tikililəri məzəli komiks əhvalatları ilə boyamağa başladılar.
Komikslər Belçikada çox populyardır və milli qürurun bir hissəsi sayılır. Bəzi qraffitilər2 artıq ölkənin əsl qüruruna çevrilib və özlüyündə küçə incəsənətinin şedevri sayılır.