Aydındır ki, əsas personajın (o hər hansı əşya da ola bilər) başına gələn hər hansı adi əhvalatdan bəhs edən sadə ssenaridən başlamaq lazımdır.
Cizgi filmində personajın hərəkətini çatdırmağa çalışın: dəftərçənin hər vərəqində, məsələn, at, ya da it şəklini elə çəkin ki, o hər səhifədə ayaqlarının vəziyyətini azacıq dəyişsin. Dəftərçəni sürətlə vərəqlədikdə elə təsəvvür yaranacaq ki, sizin personaj hərəkət edir.
-
“Animasiya sənəti” mövzusunda analitik tapşırığı yerinə yetirin. Öz işinizdə müxtəlif ölkələrin animasiya filmlərinin timsalında filmlərin yaranma texnikasını və onların bədii dəyərini açıqlayın. Bu işi məxsusi seçilmiş illüstrativ materialı (jurnallardan, qəzetlərdən, açıqcalardan, internetdən) cəlb etməklə referat və ya şifahi məlumat formasında yerinə yetirin.
Özünüzü yoxlayın
-
Animasiya personajlarını nədən yaratmaq və animasiyada kompüterdən necə istifadə etmək olar?
-
Animasiya kinematoqrafda nəyi dəyişdi?