Kompüter peşəkar kino istehsalında təsvirin çəkilmə və çoxaltma prosesini sadələşdirdi. Animasiya sənətkarları bu gün öz işlərində həm ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər.
Son zamanlar (xüsusilə də internet şəbəkəsində) fləş-animasiya böyük məşhurluq qazanıb və sürətlə yayılmaqdadır.
Animasiyada rəssamın rolu nə üçün bu qədər böyükdür?
Cizgi filminin yaradılması - uzunsürən və çox zəhmət tələb edən prosesdir. Prodüser ümumi məzmunu müəyyən edir, ssenari müəllifləri isə süjet və ssenarini işləyib hazırlayırlar. Sonra bütün bunlar rejissor-animatora ötürülür, o da səhnələri rəssamlar arasında bölüşdürür. Onların hər biri səhnədəki personajların əsas vəziyyətinə cavabdehdir. Aralıq epizodlarını isə kiçik multiplikatorlar işləyib tamamlayırlar. Digər rəssamlar hadisələrin cərəyan edəcəyi fonu hazırlayırlar. Sonra operator xüsusi kamera ilə şəkillərin fotosu əsasında hər bir kadrı ayrı-ayrılıqda çəkir. Nəhayət, təsvirlə səs sinxronlaşdırılır.
Bu gün animasiya xüsusilə də xarici ölkələrdə (elə kino kimi) mədəniyyət və antimədəniyyətin rəqabət məkanına çevrilib. Buna görə də xeyir və nur saçan personajların əvəzinə çox zaman ekranlarda hər cür bədheybət və əcaib məxluqlar görürük. Siz doğma tariximizi, onun mənəvi ənənələrini öyrənin və onları çəkin, xoşagəlməz animenin3 alternativlərini axtarın. Samuray libası əvəzinə milli Azərbaycan geyimini, bədheybətlər əvəzinə milli qəhrəmanları təsvir edə bilərsiniz...
Təchizat: plastilin və ya gil, rəngli karandaşlar,flomasterlər,pastel təbaşirlər, rəngli qələmlər, quaş, akvarel, rəngli kağız, karton
Müəyyən edin
Yaradıcı fəaliyyət
3Anime (yap. anime) - yapon cizgi filmi və ya animasiyası. Anime bütün yaş dövrləri üçün hazırlanır.