Animasiya - xüsusi texnologiyalar vasitəsilə hər bir kadrın ayrı-ayrılıqda çəkilməsi ilə yaradılan kino sənətidir. Animasiyanın müxtəlif növləri mövcuddur.
Ailə qohumluq əlaqələri olan insan qruplaşmasıdır. | ||
Qrafik animasiya | Həcmli animasiya | Kompüter animasiyası |
Animasiyanın klassik növüdür, obyektlər əl ilə çəkilir, adətən, kompüterə köçürülür. | Müxtəlif materialların istifadəsi ilə yaradılan həcmli obyektlər (gəlinciklər, plastilin, barelyeflər, maketlər və s.) | Obyektlər kompüter vasitəsilə yaradılır. 3D və 2D animasiyalar var (fləş-animasiyalar da daxil olmaqla). |
Animasiya filmində personajı belə hərəkətə gətirmək olar: dəftərçədə at şəkli çəkilir. Hər vərəqdə atın ayağının hərəkəti dəyişir. Dəftərçəni sürətlə vərəqlədikdə elə təəssürat yaranır ki, sanki at hərəkət edir.
Atın qaçışında hərəkətin dövriyyəsi. 8 kadrlıq animasiya
Uşaq və böyüklər üçün xeyli gözəl cizgi filmi yaratmış sovet cizgi filmi məktəbi animasiyanın bədii inkişafına böyük töhfə vermişdir.