Ekranda baş verən hadisə zaman içində inkişaf edir. Təsvir, nitq və musiqini vahid bir obrazda birləşdirmək bacarığı kinokompozisiya sənətini təşkil edir. Teatr rəssamından fərqli olaraq kino rəssamı real obyektlərdən və həyatda mövcud olan əsl əşyalardan ibarət real dünyanın obrazını yaradır. Teatrda olduğu kimi, kinoda da geyim və qrimin yaranmasında rəssamın rolu əvəzsizdir. Ekranda gördüklərimiz bədii kollektivin yaradıcılığıdır və təkcə rəssamın işi ilə məhdudlaşmır. Bu prosesə, ilk növbədə, rejissor və operator qoşulur.
Kino mühitinin yaranması eskiz və çertyojlardan başlayır. Bu yaradıcı işin nəticəsində meydana çıxan mühit filmin ən mühüm obrazına çevrilir.
Texnologiyanın sonrakı inkişafı - dairəvi panoramdan stereotəsvirədək - kino sənətini, ümumiyyətlə, dəyişmədi.
Sonra yeni mərhələ - kompüterin xüsusi effektləri, stereotəsvir (3D effekti) meydana çıxdı.