Pol Sezannın yaradıcılığı haqqında sayt:
http://paulcezanne.tumblr.com/
Rəngkarlığa özünəməxsus baxış Sezannı müasirlərindən fərqləndirdi. O, XIX əsrin sonuna xas olan impressionizm üslubu ilə XX əsrin əvvəllərinin yeni bədii istiqaməti - kubizm2 arasında körpü saldı. Təsviri sənətdə yeniliyin əsasını qoyan Sezannın rolu gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirildi.
Pol Sezann təkcə dahi kompozisiya deyil, həm də böyük kolorit ustası idi. Klassisizm və romantizm ənənələrini əsas götürən Sezann onları tam qovuşdurmaqla bütöv bir dövrü başa vurdu. Sonrakı nəsillər bu həqiqəti etiraf etdilər ki, Sezann sənət aləmində yeni yol açmışdır.
2Kubizm (fr. cubisme, cube - kub) - XX əsrin əvvəllərində ilk nəhəng formalist cərəyan. Klassik incəsənətin böhran keçirməsi kubizmin yaranmasını şərtləndirmişdi. Rəssamlar naturanın əsasını sadə həndəsi formaların təşkil etdiyini əsas götürürdülər.