Fotoqrafiyanın yaranışı rəssamlara əvvəllər mümkün olmayan bədii vəzifələri fotokollajda həll etməyə imkan verdi. Fotoqrafiyanın əsasında müxtəlif proqramların köməyi ilə istənilən mövzuda dolğun bədii əsər yaradıla bilər. Onun kompüter forması ən müxtəlif - kollaj və instalyasiyadan slayd-filmədək ola bilər. Kompüter qrafik-dizayner olmaq, fototəbriklər və bayram üçün orijinal açıqcalar və s. yaratmaq imkanı verir. Onlarda fotoşəkillərdən, rəsmlərdən, qeyd və mətnlərdən istifadə edilə bilər.
Dünya daim dəyişir. Texnologiyaların hazırkı sürətli inkişafı ilə nəhəng İKT şirkətlərinin mütəxəssisləri hətta adi gözlükləri də rəqəmli fotokamera ilə təchiz edə bilirlər. Bu, cəlbedici görünən hər bir şeyi çəkməyə imkan verir.
Müasir dünyada fotoqrafiya mühüm yer tutur. Heç bir çap və elektron nəşr şəkilsiz keçinmir. Fotoqrafiyasız sayt da yaratmaq mümkün deyil. Fotoşəkli çəkən aparatdır, amma onu sənət əsərinə çevirən insanın bədii istedadıdır.
Təchizat: veb-kamera, “Microsoft Paint” və “Adobe Photoshop” proqramları, internet
Müəyyən edin
Yaradıcı fəaliyyət
Sənətkar məsləhəti
1. İnterneti açın və axtarış vasitələrindən birini (məsələn: “Google”) tapın.
2. Görməli yerlərin - müasir memarlıq nümunələrinin fotolarını tapın və onları bir qovluqda saxlayın.