Fotoqrafiya təsviri sənətin daxilində inkişaf edirdi. Bizim günlərdə bədii fotoqrafiyanı da bu növlər qrupuna daxil etmək məqbul sayılır.
Həm rəngkarlıq, həm də fotoqrafiya obraz və vizual rəmzlər yaratmalı olan vizual incəsənətin formalarıdır. Vizual incəsənətin bütün məlum formaları arasında fotoqrafiyanın rəngkarlığa təsiri hamısından güclü olub. Yalnız çox az rəssam bu təsirdən uzaqlaşa bilib.
Görünən oxşarlıq, obraza bənzətmə və gerçəklik - bu incəsənət növlərinin xarakterik cəhətidir. Bədii fotoqrafiya sənədli təmələ - konkret hadisənin şəklinə əsaslanır. Fotoqrafiyanın sayəsində tarixin təşəkkül və inkişaf yolunu izləmək olar.
Fotoqrafiyanın rəngkarlığa təsiri XIX əsrin ikinci yarısında hiss edilməyə başladı. Rəssamların əksəriyyəti təsvirin kətanda əksini almaq üçün obskura2 kamerasından istifadə edirdi.
Obskura kamerasında o zamanlar işin görüntüsü və ötən illərin aparatları
2Obskura kamerası (lat. camera obscüra - qaranlıq otaq) - obyektlərin optik təsvirini almağa imkan verən qurğunun (qutu) ən sadə növü. İşıq şüaları dəliyin içindən keçərkən ekranda çevrilmiş təsvir yaradır.