EY VƏTƏN ƏSGƏRİ
Musiqisi Azər Dadaşovun,
sözləri Vaqif Bəhmənlinindir
I
Qoru, azad eldə azad gün görən
Azəri oğlunu, qızını qoru.
Halal süfrəmizə Allah göndərən
Halalca tikəni, ruzini qoru.
Nəqərat:
Diz çök ədalətin, haqqın önündə,
Diz çök məmləkətin, xalqın önündə.
Ey Vətən əsgəri!
Ey Vətən əsgəri!
II
Qoru sərhədləri, yolu, körpünü,
Necə ki əkinçi dəni qoruyar.
Qorusan, beşikdə yatan körpəni,
Bil, ulu Tanrı da səni qoruyar.
Nəqərat: