HEYDƏR ATAMIZ
Musiqisi Azər Dadaşovun ,
sözləri Zəminə Xınalınındır
I
Azərbaycan adını,
Azərbaycan xalqını
Dünyaya tanıtdıran
Heydər Atamız oldu.
Nəqərat:
Damarında türk qanı
Axan, Heydər özüdür.
Bütün türk dünyasında
Atatürklə özüdür.
II
Sinəndə köz də yansa,
Dilində söz də yansa.
Qarşında kim dayansa,
Yaşa, ey Odlar yurdu!
Nəqərat:
III
Tanrı sənə yetirib
Heydər kimi bir oğlu.
Keşiyində dayanıb
Basılmaz igid ordu.