I
Bizimdir bu şənlik, büsat,
Bu nəğmədə gülür həyat.
Ana Vətən, doğma ocaq,
Bizik sənə qoşa qanad.
Dəstə-dəstə çıxdıq yola,
Dostlar dedi: «Uğur ola!»
Yolumuza çıraq tutub
Bu göy meşə, yaşıl tala.
Nəqərat:
Bayrağımız qızıl dan,
İşıqları saçılan,
Ömrümüzə açılan,
Üfüqə salam,
Hey, üfüqə salam!
Göyərçinim! Hey!
II
Göyərçinim, qanad saxla,
Dəstəmizə könül bağla.
Oxu bizimlə şən nəğmə,
Qoy yayılsın dalğa-dalğa.
Gələcəyə etdik səfər,
Dolaylarda güldü səhər.
Bizimçin də yer saxlayın,
Ay zirvələr, ay zirvələr.
Nəqərat: